
Bakı. Trend:
Bu ilin mayın 1-nə Azərbaycanda fəaliyyət göstərən banklar və
qeyri-banklar tərəfindən ev təsərrüfatarına qoyulmuş kreditlərin
həcmi 19,683 milyard manat təşkil edib.
Trend bu
barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.
Məlumata görə, bu göstərici aylıq müqayisədə 321,3 milyon manat
və ya 1,7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 2,1 milyard
manat və ya 12% çoxdur.
Qeyd edək ki, ümumilikdə bu ilin mayın 1-nə Azərbaycanda real
sektora kredit qoyuluşu üzrə kredit portfeli 33,246 milyard manat
təşkil edib.
Bu da aylıq müqayisədə 314 milyon manat və ya 0,9%, 2025-ci ilin
eyni dövründəki göstərici ilə müqayisədə isə 2,8 milyard manat və
ya 9,4% artım deməkdir.

