
Bakı. Trend:
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də
Xocalı rayonunun Daşbulaq kəndində əsaslı təmir edilən və Müdafiə
Nazirliyinin hərbi qulluqçuları üçün nəzərdə tutulan fərdi evlərdə
yaradılmış şəraitlə tanış olub.
Trend xəbər
verir ki, dövlətimizin başçısına görülmüş işlər barədə məlumat
verildi.
Bildirildi ki, burada ümumilikdə 191 fərdi ev var. Onlardan 1-i
ikiotaqlı, 70-i üçotaqlı, 93-ü dördotaqlı, 8-i beşotaqlı, 1-i isə
səkkizotaqlıdır. Bundan başqa, ərazidə ikimərtəbəli, yeddiotaqlı 18
ev də var.
Evlərdə sakinlərin rahat yaşaması və istirahəti üçün zəruri
şərait yaradılıb. Onlar elektrik enerjisi və qazla təchiz olunub.
Həmçinin ərazidə kommunikasiya layihələri, o cümlədən məhəllədaxili
yolların yenidən qurulması icra olunub. Sakinlərin istirahəti üçün
park salınıb, Bayraq meydanı yaradılıb.
Qeyd edək ki, hərbi qulluqçuların xidməti evlərlə təmin
olunması, onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması
Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mühüm
istiqamətlərindəndir. Bu yanaşma ilk növbədə hərbi qulluqçuların,
onların ailələrinin sosial qayğılarının həllinə xidmət edir.
İndiyədək minlərlə hərbçinin sosial-məişət şəraitinin
yaxşılaşdırılması, onların dövlət vəsaiti hesabına mənzillərlə
təmin edilməsi istiqamətində konkret layihələr icra olunub.
Xəbər yenilənəcək

