
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev atom elektrik stansiyasının (AES) tikintisi ilə bağlı layihə üzrə əsas əməkdaşlıq prinsiplərini təsdiqləyən sənədi imzalayıblar.
Bu barədə RT məlumat yayıb.
Qeyd edək ki, Qazaxıstan Rusiyanın ayıracağı kredit hesabına stansiyanın tikintisini “Rosatom”la əməkdaşlıq çərçivəsində 2035–2036-cı illərdə başa çatdırmağı planlaşdırır.

