Gender ayrı-seçkiliyinin təbliğinə görə hansı kanallara sanksiya tətbiq olunub?

Baş səhifə

Bakı. Trend:

2025-ci il ərzində aparılan monitorinqlər zamanı “Media
haqqında” Qanunun 14.1.4-cü maddəsinin pozulması, yəni cinsi
(gender) ayrı-seçkiliyin təbliğinə görə bir sıra kanallara
sanksiyalar tətbiq edilib.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.




Məlumata görə, ilin müxtəlif vaxtlarında “Space TV”, “Xəzər TV”,
“ARB”, “Baku TV” kanallarına rəsmi xəbərdarlıq edilib, bir dəfə
“Space TV” ka nalının yayımı 6 saatlıq, “Kanal S” kanalının yayımı
isə 24 saatlıq dayandırılıb.

Ailə institutunu nüfuzdan salan informasiyanın yayılmasına görə
isə müxtəlif vaxtlarda “MTV” kanalına rəsmi xəbərdarlıq verilib,
həmçinin inzibati xəta haqqında protokol tərtib olunaraq müvafiq
məhkəməyə göndərilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir