Tərtərdə 3 kiloqramdan çox narkotik aşkarlanıb, bir nəfər həbs edilib (VİDEO)

Baş səhifə

Bakı.Trend:

Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri
tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən
Səid İsmayılov saxlanılıb.

Daxili İşlər Nazirliyindən (DİN) Trend-ə verilən məlumata görə, ondan 2 kiloqram
marixuana və 1 kiloqram 175 qram həşiş aşkarlanıb. Saxlanılan şəxs
ifadəsində İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri
Tərtər rayonunda satışını təşkil etmək məqsədi ilə əldə etdiyini
bildirib.




Faktla baǧlı cinayət işi başlanılıb, S.İsmayılov barəsində
məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir