İranın icazəsi ilə 24 saat ərzində Hörmüz boğazından 26 gəmi keçib – SEPAH

Baş səhifə

Bakı. Trend:

Son 24 saat ərzində İran tərəfi ilə razılaşdırıldıqdan sonra
Hörmüz boğazından 26 gəmi keçib.

Trend-in məlumatına görə, bu barədə İran İslam İnqilabı
Keşikçiləri Korpusunun (SEPAH) Hərbi Dəniz Qüvvələri öz “Telegram”
kanalında yazıb.




Kommersiya gəmilərinin və neft tankerlərinin müvafiq icazələri
aldıqdan və SEPAH qüvvələri ilə əlaqələndirildikdən sonra boğazı
təhlükəsiz yolla keçdiyi bildirilir.

SEPAH həmçinin Hörmüz boğazından keçidlə bağlı İran tərəfi ilə
koordinasiyanın vacib olduğunu vurğulayıb. Əks təqdirdə, alternativ
marşrutlar üzrə hərəkət qayda pozuntusu və müdaxilənin yaradılması
hesab ediləcək və bu cür gəmilərə qarşı tədbirlər görülə bilər.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir