
Bakı. Trend:
Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Selada
Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Trend xəbər verir
ki, məktubda deyilir:
“Zati-aliləri cənab Prezident.
Peru Hökuməti və xalqı adından, habelə şəxsən öz adımdan 28 May
– Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
Zati-alinizə ən səmimi təbriklərimi çatdırmaqdan böyük məmnunluq
duyuram.
Fürsətdən istifadə edərək Azərbaycan Respublikasının firavanlığı
və tərəqqisi naminə ən səmimi arzularımı bildirir, Peru ilə
Azərbaycan arasında üç onillik ərzində formalaşmış siyasi dialoqu
daha da dərinləşdirmək əzmini bir daha təsdiqləyirəm. Əminəm ki,
birgə səylərimiz ölkələrimizin davamlı inkişafına xidmət edərək,
qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın
genişləndirilməsinə töhfə verəcək.
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə
təbriklərimi bir daha çatdıraraq, fürsətdən istifadə edib
Zati-alinizə dərin hörmət və ehtiramımı ifadə etməkdən məmnunluğumu
bildirirəm”.

