Ötən il abortların sayı artıb

Baş səhifə

Bakı. Trend:

Ötən il Azərbaycanda abortların sayı artıb.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin məlumatlarına
əsasən, 2025-ci ildə ölkə üzrə 95117 abort qeydə alınıb. Bu da son
illər ərzində ən yüksək göstəricidir.




Belə ki, abortların sayı 2021-ci ildə 46877, 2022-ci ildə 57999,
2023-cü ildə 73816, 2024-cü ildə isə 78245 olub.

Ötən il qeydə alınan abortların 22811-i 35 yaş və yuxarı
qadınlar, 3244-ü 15-19, 66-sı isə 15-17 yaşlı qadınlar tərəfindən
etdirilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir