
Bakı. Trend:
Vaşinqton Ədliyyə Nazirliyi tərəfindən ittiham olunan keçmiş
Kuba lideri Raul Kastronun ABŞ-yə gətirilməsi üçün əlindən gələni
edəcək.
Trend-in
məlumatına görə, bu barədə ABŞ-ın baş prokuroru vəzifəsini icra
edən Todd Blanş bildirib.
“Kastroya gəldikdə isə, ölkə xaricində ittiham olunan hər hansı
digər şəxs kimi, ittiham aktının məqsədi – və bu, sadəcə kağız
deyil – təqsirləndirilən şəxsi qanuna uyğun olaraq bu ölkəyə
gətirmək və onu məsuliyyətə cəlb etməkdir. Biz bunu adətən
beynəlxalq tərəfdaşlarla işləyərək ekstradisiya yolu ilə edirik”, –
deyə o bildirib.
Onun sözlərinə görə, yanvarın əvvəlində keçirilən xüsusi
əməliyyat nəticəsində hakimiyyətdən uzaqlaşdırılan və ABŞ-a
aparılan Venesuela prezidenti Nikolas Maduro ilə bağlı vəziyyət
buna “ektremal nümunədir”.

