
Bakı. Trend:
İran dövlət televiziyasının Buşehr əyaləti yaxınlığında ABŞ
qırıcı təyyarəsini vurulması iddiası yalandır.
Trend xəbər
verir ki, bunu ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bəyan edib.
Bəyanatda deyilir ki, hər hansı ABŞ təyyarəsi vurulmayıb və
bütün Amerika təyyarələri təyin olunmuş yerindədir.
Xatırladaq ki, IRIB televiziyası İranın hava hücumundan müdafiə
qüvvələrinin sahil əyaləti Buşehr yaxınlığında “düşmən təyyarəsini”
məhv etdiyini bildirib.

