Rusiya dronu NATO ölkəsində binaya çırpılıb – yaralılar var

Baş səhifə

Bakı.Trend:

NATO-nun üzv dövlətlərindən olan Rumıniyada hava məkanını pozan
xarici pilotsuz uçuş aparatının yaşayış binasına çırpılması
nəticəsində azı 2 nəfər yaralanıb.

Trend xəbər verir
ki, bu barədə Rumıniyanın Müdafiə nazirliyi məlumat yayıb.

Məlumata görə, PUA Rusiya Federasiyasına məxsus olub.




“Mayın 28-dən 29-a keçən gecə, Rusiya Rumıniya sərhədi
yaxınlığında Ukraynanın mülki və infrastruktur hədəflərinə PUA
hücumlarını davam etdirib. Həmin dronlardan biri Rumıniyanın hava
məkanına daxil olub”, – deyə məlumatda qeyd olunur.

Bildirilir ki, dron yaşayış binasının damına düşüb və yanğına
səbəb olub. İki nəfərin yaralandığı qeyd edilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir