
Bakı.Trend
İsrailin Baş naziri Benyamin Netanyahu orduya Qəzza sektorunun
ərazisinin 70%-i üzərində nəzarətin təmin olunması barədə tapşırıq
verib.
Trend xarici
mediaya istinadən xəbər verir ki, bu barədə o, İordan çayının qərb
sahilində keçirilən konfransda çıxışı zamanı danışıb.
Netanyahunun sözlərinə görə, İsrail anklav üzərində nəzarəti
mərhələli şəkildə genişləndirir. Hazırda ordu Qəzza sektorunun
60%-nə nəzarət edir, bundan əvvəl isə bu göstərici 50% olub.
“Mənim göstərişim addım-addım irəliləməkdir, ilk növbədə
(nəzarət faizini) 70%-ə çatdırmaqdır”- deyə o vurğulayıb
Aprelin sonunda İsrail Müdafiə Ordusu beynəlxalq humanitar
təşkilatlar arasında xəritələr yayıb. Həmin xəritələrə əsasən,
Qəzza ərazisinin təxminən 64%-i İsrail hərbçilərinin nəzarəti
altında olub.

