Azərbaycan neftinin qiyməti açıqlandı

Baş səhifə

Bakı.Trend:

İtaliyanın Auqusta limanında CIF bazasında Azərbaycan neftinin
“Azeri Light” markasının qiyməti əvvəlki göstərici ilə müqayisədə
1,73 ABŞ dolları və ya 1,7 faiz azalaraq bir barel üçün 100,57 ABŞ
dolları təşkil edib.

Bu barədə Trend
neft bazarındakı mənbə məlumat verib.

Bildirilib ki, Türkiyənin Ceyhan limanında FOB bazasında “Azeri
Light” markalı neftin bir barelinin qiyməti 1,69 ABŞ dolları və ya
1,7 faiz azalaraq 98,38 ABŞ dolları olub.




“URALS” markalı xam neftin qiyməti əvvəlki göstərici ilə
müqayisədə 2,39 ABŞ dolları və ya 3,1 faiz azalaraq bir barel üçün
73,87 ABŞ dolları təşkil edib.

Şimal dənizində hasil olunan “Dated Brent” markalı neftin bir
barelinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 2,79 ABŞ dolları
və ya 2,8 faiz azalaraq 96,80 ABŞ dolları təşkil edib.

Azərbaycanın 2026-cı il dövlət büdcəsində neftin orta qiyməti
bir barel üçün 65 ABŞ dolları səviyyəsində nəzərdə tutulub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir