NATO rəhbəri Rumıniya hakimiyyəti ilə təmasdadır – Hart

Baş səhifə

Bakı.Trend:

NATO-nun Baş katibi Mark Rütte Ukrayna ilə sərhəd yaxınlığında
pilotsuz uçuş aparatının yaşayış binasına düşməsi insidenti fonunda
Rumıniya hakimiyyəti ilə təmasdadır.

Trend xəbər verir
ki, bu barədə NATO-nun mətbuat katibi Allison Hart “X” sosial
şəbəkəsində yazıb.




Alyans nümayəndəsi vurğulayıb ki, NATO pilotsuz uçuş aparatları
da daxil olmaqla bütün təhdidlərə qarşı müdafiəni gücləndirməyə
davam edəcək.

Xatırladaq ki, mayın 29-na keçən gecə Ukraynanın Odessa vilayəti
ilə sərhəd yaxınlığında yerləşən Rumıniyanın Qalati şəhərində
pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb. İlkin məlumata
görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir