Ana ölümü şəhərdə artıb, kənddə azalıb – Hesabat

Baş səhifə

Bakı.Trend:

2025-ci ildə Azərbaycanda 26 ana ölümü baş verib.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.

Statistikaya görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 100 000
nəfər diri doğulana hesabı ilə ana ölümü şəhər yerlərində 12.2-dən
22.1-dək artıb. Kənd yerlərində isə bu göstərici 43.4-dən 31.7-dək
azalıb.




Hesabatda, həmçinin körpə ölümləri ilə bağlı da məlumat var.
Məlumata görə, 2024-cü ilə nisbətən 2025-ci ildə hər 1000 nəfər
diri doğulana hesabı ilə körpə ölümü qızlarda 12.8-dən 13.0-dək
artıb oğlanlarda 14.8-dən 14.3-dək azalıb. Bütövlükdə oğlan
uşaqlarının ölümü qız uşaqlarına nisbətən daha yüksəkdir.

2025-ci ildə 1 yaşadək ölən uşaqların sayı 1312 olub. Onlardan
728-i oğlan, 584-ü isə qız olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir