Məhəmməd Muizzu Prezident İlham Əliyevə məktub ünvanlayıb

Baş səhifə

Bakı. Trend:

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu Prezident
İlham Əliyevə məktub ünvanlayıb.

Trend xəbər
verir ki, məktubda qeyd olunub:

“Ölkənizin Müstəqillik Günü münasibətilə Maldiv Hökuməti və
xalqı adından Zati-alinizə, Azərbaycan Hökumətinə və xalqına səmimi
təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq
duyuram.

Ölkələrimizin qarşılıqlı hörmətə, etimada və əməkdaşlığa
əsaslanan davamlı ikitərəfli əlaqələrinin inkişafını minnətdarlıqla
qeyd edirəm. Əminəm ki, Maldiv Respublikası ilə Azərbaycan
Respublikası arasındakı dostluq münasibətləri gələcək illərdə də
inkişaf edəcək.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, Azərbaycan
xalqına davamlı tərəqqi, sülh və firavanlıq arzulayıram.

Ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir