İşsiz kişilərin sayı qadınlardan daha çoxdur

Baş səhifə

Bakı. Trend:

2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında
Dövlət Məşğulluq Agentliyinin regional məşğulluq filiallarında 152
min 197 nəfər işsiz şəxs kimi qeydiyyata alınıb. Onların 73 min 423
nəfəri qadın, 78 min 774 nəfəri isə kişi olub.

Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.




Hesabata görə, 2024-cü ildə isə regional məşğulluq filiallarında
169 min 532 nəfər işsiz kimi qeydiyyata alınıb. Həmin şəxslərin 80
min 589 nəfərini qadınlar, 88 min 943 nəfərini isə kişilər təşkil
edib.

Qeyd edək ki, agentliyin regional məşğulluq filialları
tərəfindən qeydiyyata alınan şəxslərdən 2025-ci ildə ümumilikdə 189
min 386 nəfər işlə təmin olunub. İşlə təmin edilənlərdən 69 min 461
nəfəri qadın olub.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir