
Bakı. Trend:
2025/2026-cı tədris ilində Azərbaycan məktəblərində minə yaxın
şagirdin təhsildən yayınma halı aşkarlanıb.
Trend xəbər
verir ki, bu barədə məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin 2025-ci il üzrə hesabatında əks olunub.
Məlumata görə, 2025/2026-cı tədris ilində təhsildən yayınma
hallarının qarşısının alınması məqsədilə müvafiq profilaktik və
nəzarət tədbirləri həyata keçirilib.
Aparılan monitorinqlər nəticəsində dövlət ümumi təhsil
müəssisələrində ümumilikdə 996 şagird üzrə təhsildən yayınma halı
qeydə alınıb. Onlardan 573-ü oğlan, 423-ü isə qız şagird olub.
2025–2026cı tədris ili üzrə təhsildən yayınan uşaqların vahid
siyahısı hazırlanıb, Elm və Təhsil Nazirliyi yanında Uşaqların
Müdafiəsi İdarəsi tərəfindən həmin uşaqlarla aparılacaq işlərə dair
müvafiq prosedur və metodiki təlimatlar aidiyyəti üzrə yerli
qurumlara göndərilib.

