COVID-19 üzrə yeni statistik məlumatlar açıqlandı

Baş səhifə

Bakı. Trend:

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək
dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə
çatıb.

Trend bu
barədə xarici mediaya istinadən xəbər verir.

ÜST-nin məlumatına əsasən, qlobal miqyasda 13 milyard 642 milyon
98 min 70 nəfər COVID-19 əleyhinə peyvənd olunub.




ÜST-nin son COVID-19 statistikasına görə, 63 ölkədən daxil olan
hesabatlar əsasında ümumilikdə 11 min 948 yeni yoluxma qeydə
alınıb. Yeni yoluxmaların böyük hissəsi Braziliyanın payına düşür —
bu ölkədə 6 min 700 yoluxma aşkarlanıb.

Tayland, Belarus və Almaniyada hər birində 1 yeni yoluxma faktı
qeydə alınıb.

Türkiyə, Azərbaycan, Qırğızıstan və Rusiya kimi ölkələrdən isə
yeni yoluxma halları barədə məlumat verilməyib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir