
Bakı. Trend:
NATO Rumıniyada pilotsuz uçuş aparatının yaşayış binasına
düşməsi ilə əlaqədar fövqəladə iclas keçirəcək.
Trend xəbər verir
ki, bu barədə Bild məlumat yayıb.
“Bu məsələ birgə iclasda müzakirə olunacaq”, — deyə Finlandiya
Prezidenti Aleksandr Stubb “X” sosial şəbəkəsində yazıb.
Stubb əlavə təfərrüat açıqlamayıb.
NATO baş katibi Mark Rütte də “X” platformasında insidenti qəti
şəkildə pisləyib.
Xatırladaq ki, mayın 29-na keçən gecə Ukraynanın Odessa vilayəti
ilə sərhəd yaxınlığında yerləşən Rumıniyanın Qalati şəhərində
pilotsuz uçuş aparatı yaşayış binasına çırpılıb. İlkin məlumata
görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

