Qriqoryan Ermənistanın Avrasiya İqtisadi Birliyi ilə bağlı planlarını açıqladı

Baş səhifə

Bakı. Trend:

Ermənistan Avrasiya İqtisadi Birliyinin işində iştirak etməyə
davam etmək niyyətindədir.

Trend xəbər
verir ki, bu barədə Ermənistan Baş nazirinin müavini Mher Qriqoryan
Ali Avrasiya İqtisadi Şurasının iclasında bildirib.

Onun sözlərinə görə, Ermənistan dəfələrlə Avrasiya İqtisadi
Birliyi çərçivəsində qarşılıqlı faydalı əməkdaşlığa sadiqliyini
təsdiqləyib və bu, Birlik ölkələrində və bütövlükdə regionda
iqtisadi sabitliyin və davamlı iqtisadi inkişafın təmin edilməsi
maraqlarına xidmət edir.

Qriqoryan bildirib ki, Ermənistan qarşılıqlı hörmət, bərabər
tərəfdaşlıq və bütün AİB üzv dövlətlərinin milli maraqlarının
nəzərə alınması əsasında Birliyin işində xoş niyyətlə iştirak
etməyə davam etmək niyyətindədir.

O əlavə edib ki, ticarət və xidmətlərin liberallaşdırılması AİB
daxilində iqtisadi inteqrasiyanın dərinləşməsinin əsas
hərəkətverici qüvvələrindən biri olaraq qalır.

Qriqoryan qeyd edib ki, milli tənzimləmənin müəyyən aspektləri
hələ də daha praktik uyğunlaşdırma tələb edir ki, bu da öz
növbəsində AİB üzv dövlətləri arasında əməkdaşlığın
gücləndirilməsi, tənzimləyici mexanizmlərin proqnozlaşdırıla
bilməsini və şəffaflığının artırılması və biznes üçün daha
əlverişli mühitin yaradılması üçün əlavə imkanlar yaradacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir