Azərbaycandan Almaniyaya ixrac olunan neftin həcmi açıqlanıb

Baş səhifə

Bakı.Trend:

Cari ilin yanvar–aprel aylarında Azərbaycandan Almaniyaya
bitumlu süxurlardan əldə edilən 270,5 min ton xam neft və neft
məhsulları ixrac edilib. İxracın dəyəri 127,5 milyon ABŞ dolları
təşkil edib.

Trend Dövlət
Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu göstərici 2025-ci
ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 149 milyon ABŞ
dolları və ya 2,2 dəfə, həcm baxımından isə 229,5 min ton və ya 1,8
dəfə azalıb.

Ötən ilin yanvar–aprel aylarında Azərbaycandan Almaniyaya 500
min ton neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri isə
276,5 milyon ABŞ dolları təşkil edib.

Qeyd edək ki, cari ilin yanvar-aprel aylarında Azərbaycanın
xarici ticarət dövriyyəsi 17,403 milyard ABŞ dolları təşkil
edib.




Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 485 milyon dollar və ya
2,9 faiz çoxdur.

Xarici ticarət dövriyyəsinin ümumi həcmindən 11,9 milyard dollar
ixracın, 5,5 milyard dollar isə idxalın payına düşüb. Son bir ildə
ixracın həcmi 3,1 milyard dollar (35,2 faiz) artdığı halda, idxalın
həcmi 2,6 milyard dollar (32,1 faiz) azalıb.

Nəticədə xarici ticarətdə 6,354 milyard dollar həcmində müsbət
saldo formalaşıb. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
9,7 dəfə və ya 5,7 milyard dollar çoxdur.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir