
Bakı. Trend:
Xankəndi şəhərində iş əlcəkləri istehsalı müəssisəsi fəaliyyətə
başlayıb.
Trend-in
Qarabağ bürosunun məlumatına görə, “GP Safety” MMC-yə məxsus
müəssisədə müxtəlif təyinatlı 4 növdə iş əlcəyi istehsal
olunacaq.
Müəssisənin illik istehsal gücünün 25 milyon cüt əlcək olduğu
bildirilib. Məhsullar ilkin mərhələdə daxili bazarın tələbatının
ödənilməsinə yönəldiləcək. Gələcəkdə isə istehsal olunan
məhsulların Avropa bazarına ixracı planlaşdırılır.
Qeyd olunub ki, müəssisədə 35 nəfər daimi işlə təmin ediləcək.
Layihəyə ümumilikdə 3,5 milyon manat investisiya yatırılıb. Dövlət
dəstəyi çərçivəsində müəssisənin yaradılması üçün 1 milyon manat
güzəştli kredit ayrılıb.
Bundan əlavə, investisiya təşviqi sənədi əsasında idxal edilən
texnika və avadanlıqlara görə 238 min manat məbləğində ƏDV güzəşti
tətbiq olunub.
Müəssisənin fəaliyyətə başlamasının Xankəndidə yüngül sənaye
sahəsinin inkişafına, yeni iş yerlərinin yaradılmasına və bölgənin
iqtisadi potensialının güclənməsinə töhfə verəcəyi vurğulanıb.

