
Bakı.Trend:
Gürcüstanın Baş nairinin müavini Mamuka Mdinaradze ABŞ Dövlət
Departamentinin nümayəndələri ilə görüş keçirib.
Trend bu barədə
Gürcüstan mediasına istinadən xəbər verir.
Tərəflər görüş zamanı ikitərəfli münasibətləri və gələcək
əməkdaşlıq perspektivlərini müzakirə ediblər.
Gürcüstan və ABŞ arasında strateji tərəfdaşlığın yenilənməsi
planlarına xüsusi diqqət yetirilib. Tərəflər milli maraqlar nəzərə
alınmaqla qarşılıqlı fəaliyyəti davam etdirməyə hazır olduqlarını
təsdiqləyiblər.
Bundan əlavə, görüşdə regional vəziyyət də müzakirə olunub. Orta
Dəhlizin əhəmiyyəti və Gürcüstanın etibarlı tərəfdaş kimi rolu
ayrıca vurğulanıb.

