Temperatur 6 dərəcəyədək enəcək – XƏBƏRDARLIQ

Baş səhifə

Bakı. Trend:

Azərbaycanın rayonlarında qeyri-sabit, yağıntılı hava şəraitinin
mayın 31-i gündüzədək fasilələrlə davam edəcəyi gözlənilir.

Trend xəbər
verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq
yayıb.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında mayın 30-u gecə
və axşam arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi
yerlərində yağışın qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı
ehtimalı var.




Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı
ehtimalı var.

Yağıntılarla əlaqədar çaylarda sululuğun artacağı, bəzi dağ
çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimal olunur.

Ölkə ərazisində qeyri-sabit hava şəraiti ilə əlaqədar havanın
temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə enəcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir