Fransa parlamentində köləliklə bağlı qanun səsverməyə çıxarılıb

Baş səhifə

Bakı.Trend:

Fransa parlamentinin aşağı palatası 1685-ci ildə Fransanın
müstəmləkələrində köləliyi tənzimləyən kral fərmanı olan “Qara
Məcəlləni”in (Code Noir) ləğvini dəstəkləyib.

Trend xəbər verir
ki, bu barədə Fransa mediası məlumat yayıb.

Səsvermədə qanunun qəbulunun lehinə bütün siyasi qrupları təmsil
edən 254 deputat səs verib.




Qanun layihəsi LIOT (“Azadlıq, Müstəqillər, Dənizaşırı
Ərazilər”) qrupundan Qvadelupa deputatı Maks Matisenin təşəbbüsü
ilə səsverməyə qoyulub. Sənəd yalnız “Qara Məcəllənin”in özünün
deyil, həm də XVII–XVIII əsrlərdə Fransanın müxtəlif
müstəmləkələrində köləliyi tənzimləyən bütün kral fərmanlarının
ləğvini nəzərdə tutur.

Bu mətnlər 1848-ci ildə köləliyin ləğvindən sonra rəsmi şəkildə
qüvvədən düşməsə də, artıq uzun müddətdir hüquqi qüvvəsini itirmiş
sayılırdı.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir