
Bakı.Trend:
Çətin dövrlərini yaşayan Almaniyanın kimya sənayesi İran
münaqişəsinin kəskinləşməsindən sonra tədarükdə mümkün fasilələrlə
bağlı narahatlıqlar səbəbindən ehtiyatları əvvəlcədən artırmağa
başlayıblar.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Qeyd olunur ki, kimya sektorunda istehsal və satışlar 2025-ci
ilin birinci rübündə (öncəki rüblə müqayisədə) 2 faiz artıb.
Gəlirlər əsas və xüsusi kimya, neft-kimya, eləcə də şəxsi qulluq
məhsulları daxil olmaqla bütün əsas seqmentlərdə yüksəlib.
Qeyd olunur ki, sifarişlərin artımı qismən Fars körfəzindəki
eskalasiyalara cavab tədbirləri olaraq ehtiyat məqsədli alışlar və
anbar ehtiyatlarının artırılması ilə bağlıdır.

