Rusiya Rumıniyanın qərarına cavab verəcəyini açıqladı

Baş səhifə

Rumıniyanın Rusiyanın baş konsulunu persona non grata elan etməsi və Konstansadakı Baş Konsulluğun bağlanması qərarı Moskvada etirazla qarşılanıb.

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.

Onun sözlərinə görə, Buxarestin addımlarına cavab gecikməyəcək.

“Rumıniyanın Rusiyanın baş konsulunu persona non grata elan etməsi və Konstansadakı Baş Konsulluğun bağlanması ilə bağlı qərarına cavab tədbirləri özünü çox gözlətməyəcək”, – deyə Zaxarova vurğulayıb.

Qeyd edək ki, Rumıniya tərəfi daha əvvəl Rusiyanın Konstansadakı baş konsulluğunun fəaliyyətinin dayandırılması və baş konsulun arzuolunmaz şəxs elan edilməsi barədə qərar qəbul edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir