Zelenski Rusiyanın yaxın iki gecə ərzində Ukraynaya kütləvi hücum edəcəyini deyib

Baş səhifə

“Məlumatlara görə, Rusiya Federasiyası bu gecə və ya sabah gecə Ukraynaya birgə kütləvi hücum etməyə hazırlaşır”.

APA xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski “CBS News”a müsahibəsi zamanı deyib.

“Bizim fikrimizcə, bu gecə və ya sabah gecə bizi Rusiyadan dronlar, kruiz raketləri və ballistik raketlərdən istifadə edilərək böyük bir hücum gözləyir. Biz buna hazırlıq görürük”, – Zelenski bildirib.

Zelenski kəşfiyyat məlumatlarını təqdim etdikləri üçün ABŞ-a və Avropa tərəfdaşlarına da minnətdarlığını bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir