
Bakı. Trend:
Rumıniya NATO-ya hava hücumundan müdafiə sistemlərinin
tədarükünü sürətləndirmək xahişi ilə müraciət edib.
Trend “Politico”ya istinadən bildirir ki, Rumıniyanın xarici
işlər naziri Oana Tsoyu bu barədə bəyanat yayıb.
Nazirin sözlərinə görə, Rusiya pilotsuz uçuş aparatının
Qalatsdakı yaşayış evinə düşməsindən sonra bu barədə qərar qəbul
edilib.
Xatırladaq ki, ötən gecə Rumıniyanın şərqindəki Qalati şəhərində
pilotsuz uçuş aparatı (PUA) yaşayış binasına çırpılıb.
Rusiyaya məxsus PUA-nın binaya çırpılması nəticəsində partlayış
baş verib və mənzillərdən birində yanğın başlayıb, iki nəfər
xəsarət alıb. PUA-nın Ukrayna ərazisindən sərhədi keçdiyi qeyd
olunub.

