Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi məhdudlaşdırılacaq

Baş səhifə

Bakı. Trend:

Polşada 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən
istifadəsinin məhdudlaşdırılması nəzərdə tutulub.

Trend xəbər verir ki,
bu barədə Polşanın Rəqəmsal Məsələlər üzrə Naziri Kşiştof Qavkovski
“TVP World”ə bildirib. O qeyd edib ki, yeni qanun layihəsi üzərində
iş gedir.

15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsinin
məhdudlaşdırılmasını nəzərdə tutan qanun layihəsi Polşanın hakim
Vətəndaş Koalisiyası alyansının deputatları tərəfindən irəli
sürülüb. Layihəni dəstəkləyənlər arasında təhsil naziri Barbara
Novaçka da var.




Yeni qanunun sentyabrın 1-də qüvvəyə minməsi gözlənilir.

Qeyd edək ki, Avstraliya keçən il 16 yaşdan kiçiklər üçün sosial
medianı qadağan edən ilk ölkə oldu. Danimarka, Fransa, İspaniya,
Yunanıstan və Böyük Britaniya kimi Avropa ölkələri də oxşar
addımlar atmağa hazırlaşır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir