UEFA Çempionlar Liqasında final günü

Baş səhifə

Bakı. Trend:

UEFA Çempionlar Liqasında 2025/2026 mövsümünün qalibi bu gün
müəyyənləşəcək.

Trend xəbər verir
ki, final görüşündə Fransanın PSJ və İngiltərənin «Arsenal»
klubları qarşılaşacaqlar.

Matç Macarıstanın paytaxtı Budapeştdə «Puşkaş Arena»da
keçiriləcək. Oyunun start fiti Bakı vaxtı ilə saat 20:00-da
səslənəcək. Görüşün baş hakimi Almaniyadan olan FIFA referisi
Daniel Zibert olacaq.

PSJ və «Arsenal» indiyədək UEFA-nın müxtəlif yarışlarında 7 dəfə
qarşılaşıblar. Bu görüşlərdə hər iki komanda 2 qələbə qazanıb, 3
oyun isə bərabərliklə başa çatıb.




UEFA Çempionlar Liqası
Final

30 may

20:00 — PSJ (Fransa) – «Arsenal» (İngiltərə)

Baş hakim: Daniel Zibert (Almaniya)

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir