
Bakı. Trend:
ABŞ-nin Maliyyə Naziri Skott Bessent İrana qarşı tətbiq edilən
məhdudiyyətlərin tədricən aradan qaldırılacağını bildirib.
Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.
Reyqan Milli İqtisadi Forumundakı çıxışı zamanı İranın blokadası
ilə bağlı suala Bessent belə cavab verib: “Tətbiq edilən bütün
məhdudiyyətlər yavaş-yavaş ləğv ediləcək”.
O, həmçinin ABŞ hakimiyyət orqanlarının Prezident Donald Trampın
İslam Respublikasına qarşı iqtisadi kampaniyasının bir hissəsi
olaraq İran kriptovalyutasının 1 milyard dollarlıq aktivlərini
müsadirə etdiyini bildirib.

