
Bakı. Trend:
Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin məsləhətləşmələr
üçün Moskvaya çağırılıb.
Trend xəbər
verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.
Bəyanatda deyilir ki, Kopirkin Ermənistan rəhbərliyinin Avrasiya
İqtisadi Birliyi çərçivəsində əməkdaşlığa zərər verən Avropa
İttifaqı ilə yaxınlaşma istiqamətindəki addımları ilə bağlı
məsləhətləşmələr üçün Moskvaya çağırılıb.
Mayın 29-da AİB üzv dövlətlərinin liderləri Ermənistanın Avropa
İttifaqına (Aİ) qoşulmaq istəkləri ilə bağlı birgə bəyanat
yayıblar. Sənəd Rusiya Prezidenti Vladimir Putin, Belarus
Prezidenti Aleksandr Lukaşenko, Qazaxıstan Prezidenti Kasım-Jomart
Tokayev və Qırğızıstan Prezidenti Sadir Japarov tərəfindən qəbul
edilib. Sənəddə bildirilir ki, dövlət başçıları Ermənistanın Aİ-yə
daxil olması və AİB-də üzvlüyünün davam etdirilməsi ilə bağlı
ümumxalq referendumunun keçirilməsinin zəruriliyi ilə bağlı mövqeyi
bölüşürlər. Liderlər həmçinin qeyd ediblər ki, Yerevanın Aİ-yə
daxil olmağa hazırlığı ilə əlaqədar Avrasiya İqtisadi Birliyinə üzv
dövlətlərin iqtisadi təhlükəsizliyi üçün müəyyən risklər
mövcuddur.

