Külli miqdarda narkotik vasitənin Azərbaycana keçirilməsinin qarşısı alınıb

Baş səhifə

Bakı. Trend:

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin
qarşısı alınıb.

Trend xəbər
verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.




Məlumata görə, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunları
Komandanlığının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində
keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində
ümumi çəkisi 20 kiloqram 615 qram narkotik vasitə marixuana və 470
ədəd psixotrop tərkibli Metadon M-40 həbinin İran İslam
Respublikasından Azərbaycan Respublikası ərazisinə keçirilməsinin
qarşısı alınmışdır.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir