
Bakı. Trend:
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən
buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi
gözlənilir.
Trend Milli
Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, gecə bəzi
şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var.
Mülayim cənub-qərb küləyi axşam şimal-qərb küləyi ilə əvəz
olunacaq.
Havanın temperaturu gecə 14-16° isti, gündüz 22-27° isti olacaq.
Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa
enəcək. Nisbi rütubət gecə 60-70 %, gündüz 45-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraitinin əsasən bəzi dağlıq və
dağətəyi rayonlarda qısamüddətli yağıntılı olacağı, şimşək
çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə
duman. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-17° isti, gündüz 25-29° isti,
dağlarda gecə 7-12° isti, gündüz 15-20°, bəzi yerlərdə 25° isti
olacaq.

