
Bakı.Trend:
Almaniyanın Münhen Beynəlxalq Hava Limanında səhər saatlarında
pilotsuz uçuş aparatı (PUA) ilə bağlı şübhələr səbəbindən hava
hərəkəti müvəqqəti olaraq dayandırılıb.
Trend xarici
mediaya istinadən xəbər verir ki, təhlükəsizlik məqsədilə həm uçuş,
həm də eniş zolaqları bağlanıb, ümumi aviasiya fəaliyyəti qısa
müddətlik dayandırılıb. Hadisə ilə bağlı polis və təhlükəsizlik
qüvvələri dərhal əraziyə cəlb olunub və araşdırmalara
başlayıblar.
Axtarış və yoxlama işlərinə helikopter də cəlb edilib. Hələlik
PUA-nın mövcudluğunu təsdiqləyən əlavə dəlillər barədə rəsmi
məlumat verilməyib.
Təhlükəsizlik tədbirləri çərçivəsində uçuşlar müvəqqəti
dayandırılıb və onların nə zaman bərpa olunacağı hələlik
açıqlanmayıb.

