Yoğun və düz bağırsaq xərçəngi artıq qan analizi ilə də aşkar edilə biləcək

Baş səhifə

Bakı. Trend:

Yoğun və düz bağırsaq xərçənginin skrininqində yeni bir mərhələ
başlayır.

Trend bu
barədə xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Kolonoskopiya uzun illərdir yoğun və düz
bağırsaqda başlayan kolorektal xərçəngin aşkarlanması üçün ən
etibarlı müayinə üsulu hesab olunur. Anesteziya altında aparılan bu
prosedur həkimlərə yoğun və düz bağırsağı ətraflı müayinə edərək
xəstəliyin ilkin əlamətlərini müəyyən etməyə imkan verir. Lakin bir
çox insan invaziv prosedurdan çəkinərək müayinədən imtina edir.




Bu səbəbdən Amerika Xərçəng Cəmiyyəti kolorektal xərçəng üzrə
skrininq tövsiyələrinə yeni test variantları əlavə edib və ilk dəfə
olaraq qan analizini də alternativ müayinə üsulu kimi təqdim edib.
Söhbət ABŞ-ın biotexnologiya şirkəti Guardant Health tərəfindən
hazırlanmış “Shield” qan testindən gedir. Test 2024-cü ildə ABŞ
Qida və Dərman Administrasiyası (FDA) tərəfindən təsdiqlənib.

Mütəxəssislər bildirirlər ki, xərçəng simptomlar meydana
çıxmazdan əvvəl aşkarlanarsa, erkən müalicəyə başlamaq mümkün olur
və bu da sağ qalma şansını əhəmiyyətli dərəcədə artırır.
Statistikaya görə, kolorektal xərçəngi I və II mərhələlərdə
aşkarlanan xəstələrin 90 faizdən çoxunun ən azı növbəti beş il
ərzində yaşaması gözlənilir.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir