Münhen hava limanının fəaliyyəti dayandırıldı

Baş səhifə

Bakı. Trend:

Naməlum uçan aparatın qeydə alınması səbəbindən Münhen hava
limanının fəaliyyəti dayandırılıb.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Münhen hava limanı şənbə günü səhərdən etibarən tamamilə
bağlanıb. Polis genişmiqyaslı əməliyyat keçirdiyindən hər iki
uçuş-enmə zolağı bütün nəqliyyat vasitələri üçün bağlanıb. Federal
polis sözçüsü bildirib ki, təxminən saat 9:00 radələrində pilotlar
şübhəli bir obyekt aşkar ediblər. Bunun dron ola biləcəyini
araşdırırlar.




Hazırda hadisə yerində böyük bir polis qüvvəsi işləyir. Onlar
hava limanı ərazisini axtarır və digər mümkün dron olması
ehtimalını araşdırırlar.

Təhlükəsizlik səbəbi ilə bütün uçuşlar müvəqqəti olaraq
dayandırılıb. Hazırda hava limanının bağlanmasının nə qədər davam
edəcəyi məlum deyil.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir