İran Küveytdəki hava bazasına raket hücumu həyata keçirib

Baş səhifə

Bakı. Trend:

İran ABŞ Hərbi Hava Qüvvələri tərəfindən istifadə edilən
Küveytdəki Əli əl-Salim hava bazasına raket hücumu həyata
keçirib.

Trend bu barədə
xarici mediaya istinadla xəbər verir.

Küveyt hava hücumundan müdafiə qüvvələrinin Fateh-110 ballistik
raketini ələ keçirdiyi bildirilir, lakin raketin qalıqlarının
aviabazaya düşdüyü və bir neçə amerikalı hərbçinin yaralandığı qeyd
edilib. İki MQ-9 Reaper hücum dronunun da zədələndiyini qeyd
olunub.




Mayın 29-da İran Parlamentinin spikeri Məhəmməd Baqir Qalibaf “X” sosial media platformasında bildirib ki, İran ABŞ-dan
danışıqlar yolu ilə deyil, döyüş meydanındakı raketlər vasitəsilə
güzəştlər istəyir.

O qeyd edib ki, İslam Respublikası zəmanətlərə və ya sözlərə
deyil, yalnız əməllərə inanır. Onun sözlərinə görə, razılaşmada
qalib həmişə “ertəsi gün müharibəyə hazır olan”dır.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir