Bu il xarici ölkələrə səfər edən azərbaycanlıların sayı azalıb

Baş səhifə

Bakı. Trend:

2026-cı ilin yanvar-aprel aylarında xarici ölkələrə səfər edən
Azərbaycan vətəndaşlarının sayı ötən illə müqayisədə azalıb.

Trend Dövlət
Statistika Komitəsinə istinadən xəbər verir ki, bu il xaricə səfər
edənlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz
azalaraq 602,4 min nəfər olub.




Səfər edənlərin 40,8 faizi Türkiyəyə, 16,8 faizi Rusiyaya, 10,8
faizi Gürcüstana, 7,9 faizi İrana, 23,7 faizi isə digər ölkələrə
gedib. Türkiyəyə səfərlərin sayı 7,5 faiz artsa da, Rusiya,
Gürcüstan, İran və digər ölkələrə səfərlərdə azalma qeydə alınıb.
Xaricə gedən vətəndaşların 67,3 faizini kişilər, 32,7 faizini isə
qadınlar təşkil edib.

Xaricə səfər edənlərin 69,7 faizi hava nəqliyyatından, 28,2
faizi dəmir yolu və avtomobil nəqliyyatından, 2,1 faizi isə dəniz
nəqliyyatından istifadə edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir