
Bakı. Trend:
Dövlət Proqramı aqrar sahəyə göstərilən davamlı diqqət və
dəstəyin göstəricisidir.
Bunu Trend-ə
açıqlamasında Azərbaycan Meyvə-Tərəvəz İstehsalçıları və
İxracatçıları Assosiasiyasının sədri Bəşir Quliyev bildirib.
Onun sözlərinə görə, sənədin hazırlanması zamanı dövlət
qurumları, assosiasiyalar və istehsalçılar arasında çoxsaylı
müzakirələr aparılıb, sektorun real ehtiyac və təklifləri nəzərə
alınıb.
Bəşir Quliyev qeyd edib ki, xüsusilə meyvə-tərəvəz və istixana
sektorunun inkişafı, ixrac potensialının genişləndirilməsi, yeni
bazarlara çıxış imkanlarının artırılması və müasir texnologiyaların
tətbiqi ilə bağlı hədəflər böyük əhəmiyyət daşıyır.
“İnanırıq ki, proqram Azərbaycanın meyvə-tərəvəz sektorunun
mövcud ixrac potensialından daha səmərəli istifadə edilməsinə,
beynəlxalq bazarlarda rəqabət qabiliyyətinin yüksəlməsinə və kənd
yerlərində dayanıqlı iqtisadi inkişafın sürətlənməsinə mühüm töhfə
verəcək”, – o, vurğulayıb.

