“Qarabağ”ın futbolçusuna görə 80 min avroluq qalmaqal

Baş səhifə

Bakı. Trend:

“Portimonense” “Lusitania” klubuna təxminən 80 min avroya yaxın
vəsait borcludur.

Trend xəbər
verir ki, bu barədə “Lusitania”nın prezidenti məlumat verib.

Borc Kamilo Duranın 2024-cü ildəki transferi ilə bağlıdır. “Portimonense” rəsmisi Pedru Tome isə bildirib ki, borcun bir
hissəsini sonuncu dəfə ötən ilin dekabr ayında ödənilib.




II Liqa təmsilçisi məsələ ilə bağlı Portuqaliya Futbol
Federasiyasına da müraciət edib.

Qeyd edək ki, Kamilo Duran 2025-ci ilin yayında
​”Portimonense”dən “Qarabağ”a transfer olunub. 25 yaşlı kolumbiyalı
hücumçu 2025/26 mövsümündə Ağdam təmsilçisinin heyətində meydana
çıxdığı 48 rəsmi matçda 15 qol və 10 məhsuldar ötürmə ilə yadda
qalıb.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir