
Bakı. Trend:
İngiltərənin “Liverpul” komandası baş məşqçisi Arne Slotla
yollarını ayırıb.
Trend xəbər
verir ki, niderlandlı mütəxəssislə əməkdaşlığa qarşılıqlı razılıq
əsasında son qoyulub.
Mersisayd təmsilçisi artıq yeni baş məşqçi axtarışlarına start
verildiyini açıqlayıb.
Qeyd edək ki, 2024-cü ilin yayından “Liverpul”a başçılıq edən
Arne Slot fəaliyyəti dövründə komandaya İngiltərə çempionluğunu
qazandırıb. “Qırmızılar” başa çatan mövsümdə isə 60 xalla 5-ci yeri
tutub.

