Çin mümkün ticarət məhdudiyyətlərini görməzdən gəlməyəcək

Baş səhifə

Bakı. Trend:

Çin hakimiyyəti Avropa İttifaqının Çinə qarşı mümkün ticarət
məhdudiyyətlərini görməzdən gəlməyəcək.

Trend bu barədə
xarici mediaya istinadən xəbər verir ki, bunu Çin Ticarət
Nazirliyinin sözçüsü deyib.

Onun sözlərinə görə, əgər Aİ birtərəfli qaydada yeni ticarət
qaydaları və məhdudiyyətləri tətbiq edərsə, Çin öz maraqlarını
qorumaq üçün qətiyyətli əks tədbirlərə əl atacaq”.




O, Çin ilə Aİ arasında rabitə kanallarının etibarlı olaraq
qaldığını qeyd edib, həmçinin Aİ-nin ÜTT qaydalarına riayət
edəcəyinə, birtərəfli hərəkətlərə və proteksionizmə qarşı
çıxacağına ümid etdiyini bildirib.

“Çinlə Aİ hər iki tərəfin xeyrinə birlikdə çalışa və fikir
ayrılıqlarını dialoq yolu ilə həll edə bilər”, – deyə Çin rəsmisi
qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir