Fidan İsraillə münasibətlərin normallaşmsı üçün şərti açıqlayıb

Baş səhifə

Bakı. Trend:

Ankara İsrail ilə münasibətlərin normallaşdırılmasına qarşı
deyil, lakin bunun üçün müəyyən siyasi və humanitar şərtlər yerinə
yetirilməlidir.

Trend Türkiyə
mediasına istinadla xəbər verir ki, bunu XİN rəhbəri Hakan Fidan
bildirib

Türkiyəli diplomat Fələstin məsələsi ilə bağlı vəziyyətin və
Qəzza zolağında davam edən münaqişənin münasibətlərin bərpasına
əsas maneə olaraq qaldığını qeyd edib. O, əlavə edib ki, Türkiyə
humanitar böhranın bitməsini və iki dövlətli həll yolunda
irəliləyiş gözləyir.




Fidan vurğulayıb ki, Ankaranın problemi İsrailin bir dövlət kimi
mövcudluğunda deyil.

Nazirin sözlərinə görə, fikir ayrılıqları əsasən İsrail
rəhbərliyinin fələstinlilərə qarşı siyasəti və Qəzzadakı
hadisələrlə bağlıdır. O, mövcud vəziyyət dəyişərsə, iki ölkə
arasında münasibətlərin bərpasının mümkün olduğunu açıq şəkildə
bildirib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir