İtaliya Rumıniyaya əsgər və qırıcı təyyarələr göndərəcək

Baş səhifə

İtaliya Rumıniya qoşunlarının təlimi çərçivəsində bu ölkəyə Rumıniyaya təxminən 100 əsgər və bir neçə qırıcı təyyarə göndərəcək.

Modern.az xəbər verir ki, bu barədə “La Repubblica” xəbər verib.

Əməliyyatın 15 iyunda başlayacağı və bir ay davam edəcəyi bildirilir.

Bu, adi NATO hava polisi missiyasından fərqlənir və Konstansadakı Mixail Koqelniçanu Hava Bazasında keçiriləcək. Rumıniya qoşunlarına dronları vurmaq üçün təlim keçiləcək.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir