Naxçıvanda selə düşən şəxs xilas edildi

Baş səhifə

Naxçıvanda çayda selə düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Modern.az FHN-ə istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.

Məlumata əsasən, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir