Çin peyk interneti texnologiyalarının sınağı üçün aparatı orbitə çıxarıb

Baş səhifə

Bakı. Trend:

Çinin “Çançjen-2D” (“Long March 2D”) daşıyıcı raketi peyk
interneti texnologiyasının sınaqları üçün nəzərdə tutulmuş aparatı
orbitə çıxarıb.

Trend-in
məlumatına görə, bu barədə “CCTV” telelviziya kanalı xəbər
verib.




Məlumata əsasən, raketin buraxılışı bazar günü Pekin vaxtı ilə
saat 2:07-də ​​Çinin cənub-qərbindəki Siçuan vilayətindəki Siçan
kosmodromundan həyata keçirilib. Peyk təyin olunmuş orbitə uğurla
daxil olub.

Bu, peykdən mobil cihazlara birbaşa genişzolaqlı bağlantılar və
yerüstü və peyk şəbəkələrinin inteqrasiyası da daxil olmaqla
texnologiyaların sınaqdan keçirilməsi və təsdiqlənməsi üçün
istifadə olunacaq.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir