Tramp idrak testində yüksək nəticə göstərdiyini bildirib

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp idrak qabiliyyətlərinin
qiymətləndirilməsi məqsədilə keçirilən tibbi testdən uğurla
keçdiyini bəyan edib.

Trend xəbər verir ki,
bu barədə Ağ Ev rəhbəri “Truth Social” sosial şəbəkəsində paylaşım
edib.

Tramp bildirib ki, “Uolter Rid” Hərbi Tibb Mərkəzində aparılan
tibbi müayinənin nəticələri olduqca müsbət olub. Onun sözlərinə
görə, o, yüksək çətinlik dərəcəsinə malik idrak testində mümkün
olan 30 balın hamısını toplayıb.




ABŞ Prezidenti qeyd edib ki, bu, onun iştirak etdiyi dördüncü
belə test olub və hər dəfə ən yüksək nəticə əldə edib. O əlavə edib
ki, ümumilikdə 120 sualdan ibarət testlərin hamısına düzgün cavab
verib və ardıcıl olaraq dörd dəfə maksimal nəticə göstərməyin nadir
hal olduğunu vurğulayıb.

Tramp, həmçinin, prezident və vitse-prezident vəzifələrinə
namizəd olan şəxslərin mürəkkəb idrak testlərindən keçmələrinin
vacibliyini qeyd edib.

Google

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir